Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin ziyarəti davam edir.

22 sentyabr 2021 | 11:00

22 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan rayonun Tofiqi kəndindən olan şəhidlər Maqsudov Bəxtiyar Mənsur oğlu, Əliyev Elşad Mehman oğlu, Şəmsabad kəndindən olan şəhid Feyruzlu Əlibəy Samir oğlunun rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Sonra şəhidlərin ailələrinə baş çəkilmiş, çay süfrəsi ətrafında onların döyüş yolu barədə söhbət açılmış, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıq hisslərini ifadə ediblər.
Sonda şəhid ailələrinə ərzaq sovqatları təqdim edilib.

Keçidlər