Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yeni dərs ili başlandı.

22 sentyabr 2021 | 11:00

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 22 sentyabr 2021-ci il tarixdə  respublikanın ümumtəhsil məktəblərinin I-IV siniflərində ənənəvi dərs formasında yeni tədris ilinə start verilib. Təhsil nazirinin əmrinə əsasən ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Cari dərs ilində rayonun ümumtəhsil məktəblərinin I siniflərində 1400 nəfərdən artıq şagirdin təhsil alacağı gözlənilir.
Bütövlükdə isə rayonun 67 ümumtəhsil məktəbində 14793 nəfər şagirdin təhsil alması nəzərdə tutulmuşdur.
Əlavə olaraq cari ilin oktyabr ayının əvvəlindən başlayaraq 1168 nəfərdən artıq 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunması proqnozlaşdırılıb.
Eyni zamanda Təhsil Nazirliyinin tabeliyində olan M.Şeyxzadə adına Texniki, Təbiət və Humanitar fənlər təmayüllü gimnaziyada 748 nəfər şagird təhsil alacaqdır.  Onların 56 nəfəri ilk dəfə təhsilə cəlb olunan 1-ci sinif şagirdləridir.
Qeyd edək ki, 14 sentyabr 2021-ci il tarixdə tikintisi başa çatdırılmış Orta Ləki kəndində 480 şagird yerlik tam orta məktəb binası şagird və müəllimlərin ixtiyarına verilmişdir.
Bütün təhsil işçiləri və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, hamını ölkəmizdə davam edən karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər