Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhid ailələri ziyarət olunur.

21 sentyabr 2021 | 11:00

21 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ilə əlaqədar Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan rayonun Mürsəl kəndindən olan şəhid Həsənov Elvin Əlizadə oğlu, Şıxlı kəndindən olan şəhid Osmanov Əyyub  Azər oğlu və Tatlar kəndindən olan şəhid Nəbiyev Yusif Elton oğlunun məzarları rayon İcra Hakimiyyəti və ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Həmin gün ərzində şəhidlərin ailələrinə baş çəkilmiş, çay süfrəsi ətrafında doğmaları ilə birgə onların döyüş yolu barədə söhbət açılmış, xatirələri ehtiramla yad edilmişdir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Sonda şəhid ailələrinə ərzaq sovqatları təqdim edildi.

Keçidlər