Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidin doğum günü qeyd olundu.

20 sentyabr 2021 | 11:00

20 sentyabr 2021-ci il tarixdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Azər Vəli oğlunun doğum günü münasibətilə doğulub boya-başa çatdığı Orta Ləki kəndində inşa edilən xatirə lövhəsinin açılış mərasimi keçirildi
Açılış mərasimində rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəblilər, şəhidin ailə üzvləri, yaxınları  iştirak edirdi.
Tədbirdə Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii kompozisiya təqdim edildi.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Vəliyev Azər Vəli oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı  Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda”  medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!

Keçidlər