Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri ziyarət olundu.

17 sentyabr 2021 | 11:00

17 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ərəfəsində 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan rayonun Orta Ləki kəndindən olan şəhidlər İsrəfilov Anar İsrəfil oğlu, Məmmədov Rəcəb Yolçu oğlu və Vəliyev Azər Vəli oğlunun rayon İcra Hakimiyyəti rəsmiləri və ictimaiyyətin nümayəndələri tərəfindən məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Sonra şəhidlərin ailələrinə baş çəkilmiş, çay süfrəsi ətrafında onların döyüş yolu barədə söhbət açılmış, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıq hisslərini ifadə ediblər.
Sonda şəhid ailələrinə ərzaq sovqatı təqdim edildi.

Keçidlər