Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yeni məktəb binası istifadəyə verildi.

14 sentyabr 2021 | 11:00

Məlum olduğu kimi dövlət başçısı  cənab İlham Əliyev  2019-cu ilin oktyabr ayının 28-də rayona səfərindən sonra “Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamış, sərəncama əsasən rayonun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin  ehtiyat  fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır.
Ölkədə mövcud pandemiya şəraitinin davam etməsi inşaat işlərinin gedişinə müəyyən qədər təsir etməsinə baxmayaraq podratçı təşkilat “RİVİYA”  MMC tərəfindən tikinti işləri davam etdirilmiş və yeni məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
14 sentyabr 2021-ci il tarixdə rayonun Orta  Ləki kəndində yeni məktəb binasının açılış mərasimi keçirildi.
Açılış mərasimində çıxış edən natiqlər tərəfindən qeyd edilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə bütün ölkədə olduğu kimi Ağdaş rayonunda da müasir məktəb binaları, yeni korpuslar tikilib istifadəyə verilməklə yanaşı, əsaslı şəkildə yenidən qurulmaqdadır. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl işlər həyata keçirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir.
Sonda məktəbin sinif otaqları və fənn kabinetlərinə baxış keçirildi.
Açılış mərasimində Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev iştirak edirdi.

Keçidlər