Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidin doğum günü qeyd olundu.

14 sentyabr 2021 | 11:00

14 sentyabr 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Feyruzlu Əlibəy Samir oğlunun doğum günü münasibətilə doğulub boya-başa çatdığı rayonun Şəmsabad kəndində inşa edilən xatirə lövhəsinin açılış mərasimi keçirildi
Açılış mərasimində rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəblilər, şəhidin ailə üzvləri, döyüş yoldaşları, yaxınları  iştirak edirdi.
Tədbirdə məktəblilərin ifasında bədii kompozisiya təqdim edildi.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Feyruzlu Əlibəy Samir oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı  Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!

Keçidlər