Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda çəltik biçininə başlanılmışdır.

10 sentyabr 2021 | 11:00

Son illər ölkənin aqrar sektorunda ənənəvi təsərrüfat sahələrindən biri olan çəltikçiliyin inkişafı, əhalinin etibarlı ərzaq məhsullarına tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində rayonda bir sıra əhəmiyyətli tədbirlər görülmüş və müsbət nəticələr əldə edilmişdir.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına əsasən buğda və çəltik əkini sahələrinin becərilməsində istifadə edilən yanacaq  və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün 90 manat yardım verilməsi, həmçinin son illər kənd təsərrüfatının inkişafı istiqamətində keçirilən digər tədbirlər istehsalçılarda bu sahəyə marağı daha da artırmışdır.
Rayonda 2021-ci ilin məhsulu üçün 652,5 hektar sahədə çəltik əkilmişdir. Kənd  təsərrüfatının  digər sahələrində olduğu kimi bu sahəyə də dövlət dəstəyinin daim artırılması çəltik əkinin genişləndirilməsinə səbəb olmuşdur.
Cari ildə əkin sahələrində yetişdirilən çəltik məhsulunun yığılması işinə cəlb olunan kombaynlar vasitəsilə 51 hektarda  biçin aparılmış, sahələrdən indiyədək  153  tondan artıq məhsul əldə olunmuşdur.
Biçin davam etdirilir.

Keçidlər