Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Yusif Nəbiyevin xatirəsi əbədiləşdirildi.

28 avqust 2021 | 11:00

28 avqust 2021-ci il tarixdə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Nəbiyev Yusif Elton oğlunun doğulub boya-başa çatdığı Tatlar kəndində inşa edilən bulağın açılış mərasimi keçirildi.
Açılış mərasimində rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəblilər, şəhidin ailə üzvləri, doğmaları  iştirak edirdi.
Tədbirdə Dövlət himni səsləndirildi. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii kompozisiya təqdim edildi.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Nəbiyev Yusif Elton oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı  Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!

Keçidlər