Şriftin ölçüsü :

Saytın rəngi :

"Yay mövsümündə Yanğın Təhlükəsizliyi Tədbirləri" mövzusunda seminar müşavirə keçirilmişdir

06 iyul 2021 | 11:00

06.07.2021-ci il tarixdə Şimal-Qərb Regional DYNİ-nin xidməti ərazisi olan Ağdaş rayonu, Cüvə kənd ərazisində yerləşən taxıl sahəsində Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü ilə "Yay mövsümündə Yanğın Təhlükəsizliyi Tədbirləri" mövzusunda seminar müşavirə keçirilmişdir. Müşavirədə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Vaqif İbrahimov, DYNİ-nin rəis müavini daxili xidmət polkovnik-leytenantı Nurlan Şahmurov, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının müavini Əli Kərimov, Ağdaş rayon Polis Şöbəsinin nümayəndəsi Turan Məmmədli,  DTX-nin Ağdaş rayon şöbəsinin rəis müavini İlkin İsmayılov, Ağdaş rayon Prokurorun köməkçisi Zaur Əliyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Fərhad Əliyev, Ağdaş rayon İnzibati Ərazi üzrə Nümayəndələr, Ağdaş rayon Bələdiyyə sədirləri,  Ağdaş Meşəbəyliklər üzrə  rəhbəri Ramin Lətifov , Türyançay Dövlət Təbiət Qoruğunun rəhbəri Müğdət Əliyev, Təsərrüfat rəhbərləri və Aqrolizinq MMC-nin nümayəndələr iştirak etmişlər. Müşavirədə yay mövsümündə yanğın təhlükəsizliyi tədbirlərinə ciddi riayət edilməsi, kövşən sahələrin yanıdırılmaması, yol kənarı, meşə ətrafı ərazilərin mineral zolaqla şumlanması, 2022-ci il üçün taxıl səpimi zamanı mühafizə zolaqlarının qorunması, kəndlərdə könüllü yanğından mühafizə dəstələrinin yaradılması və.s kimi tələblər qarşıya qoyulmuşdur.

Keçidlər