Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Azərbaycan Polisi Günü qeyd olundu.

02 iyul 2021 | 11:00

Hər il iyul ayının 2-də Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin  müvafiq  fərmanına  uyğun olaraq Azərbaycanda  polis işçiləri öz peşə bayramlarını qeyd edirlər.
  Polis günü münasibətilə Ağdaş rayonunda da  tədbir keçirildi.
Tədbirdə Ağdaş rayon İcra Hakimiyyəti başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon  Polis Şöbəsinin əməkdaşları  iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin  abidəsi önünə gül dəstləri düzərək onun xatirəsinə öz ehtiramlarını bildirdilər.
Polis şöbəsinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edən Ağdaş rayon İcra hakimiyyətinin başçısı Tofiq İbrahimov dövlətçiliyimizin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsində Azərbaycan polisinin şərəfli xidmət yolundan danışdı. Qeyd olundu ki, rayon polis şöbəsinin əməkdaşları da ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsində əhəmiyyətli  xidmət aparırlar.
  Sonda xatirə  şəkli çəkdirildi.

Keçidlər