Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidinin doğum günündə xatirəsi anıldı.

25 iyun 2021 | 11:00

25 iyun 2021-ci il tarixdə Ağdaş şəhərində Vətən Müharibəsi şəhidi Məmmədov Elvin Eldəniz oğlunun adına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər və şəhidin doğmaları iştirak etmiş, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunmuşdur.
Xatirə bulağının açılışında şəhidin Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılmış, ruhuna dualar oxunmuşdur.
Qeyd edək ki, şəhid Məmmədov Elvin Eldəniz oğlu 25 iyun 2001-ci il tarixdə Ağdaş şəhərində anadan olub, 24 oktyabr 2020-ci il tarixdə şəhər qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”    medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!

Keçidlər