Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər ekoloji aksiyada iştirak etdilər.

10 iyun 2021 | 11:00

9 iyun 2021-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi tərəfindən Türyançayın rayon ərazisindən keçən hissəsində ekoloji aksiya həyata keçirilmişdir.
Aksiya iştirakçıları çayın sahilindəki məişət tullantılarını toplayaraq ekoloji çirklənmənin qarşısının alınması üçün təmizlik işləri aparmış, burada sakinlərin istirahət edə bilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etmişlər.
Könüllülük əsasında gələcəkdə bu səpkili tədbirlərin digər ərazilərdə aparılması nəzərdə tutulur.

Keçidlər