Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anıldı.

04 iyun 2021 | 11:00

4 iyun 2021-ci il tarixdə rayonun Tofiqi kəndində Vətən müharibəsi şəhidi Əliyev Elşad Mehman oğlunun əziz xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər və şəhidin doğmaları iştirak etmiş, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunmuşdur.
Qeyd edək ki, şəhid Əliyev Elşad Mehman oğlu 4 iyun 1992-ci il tarixdə Tofiqi kəndində anadan olub, 17 oktyabr 2020-ci il tarixdə Tofiqi kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!

Keçidlər