Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda taxıl biçini başlanıdı.

01 iyun 2021 | 11:00

2021-ci ilin məhsulu üçün rayon ərazisində  17082 hektar sahədə payızlıq və yazlıq taxıl əkini aparılmışdır.
Rayonda taxıl sahələri aqrotexniki qaydalara uyğun becərilmiş, becərmə dövründə fermerlər tərəfindən əkin sahələri gübrə və bitki mühafizə vasitələri ilə təmin edilmişdir.
2021-ci ilin taxıl biçini kampaniyasının optimal müddətdə başa çatdırılması üçün taxılçılıq təsərrüfatlarının sahiblərinə və fermerlərə, dövlət vəsaiti hesabına xarici ölkələrdən alınmış və yüksək texniki parametrlərə malik kombaynlardan səmərəli istifadə edilməsi məqsədilə müvafiq tövsiyələr verilmiş, taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsi üçün bütün imkanlar səfərbər edilmişdir.
Qeyd edək ki, cari ilin biçin kampaniyasına 40 ədəd kombayn cəlb edilmişdir. Onların 18 ədədi “Aqrolizinq” ASC-nə, 5 ədədi yerli sahibkarlara məxsus olmaqla, 17 ədədi kənar rayonlardan dislokasiya olunmuş kombaynlardır.

Keçidlər