Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin xatirəsi əbədiləşdirildi.

24 may 2021 | 11:00

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Ağdaş şəhərində Birinci Qarabağ müharibəsi şəhidi Süleymanov Gündüz Yaqub oğlunun xatirə lövhəsi və bulaq kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, gənclər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimaiyyətin nümayəndələri, Vətən Müharibəsinin iştirakçıları və şəhidin doğmaları iştirak ediblər.
Açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Süleymanov Gündüz Yaqub oğlu Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Allah rəhmət eləsin!

Keçidlər