Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin xatirəsi əbədiləşdirildi.

30 aprel 2021 | 11:00

30 aprel 2021-ci il tarixdə Ağdaş-Ləki yolunun Nehrəxəlil kəndindən keçən hissəsində və  Ləki qəsəbə tam orta məktəbinin qarşısında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Çələbili Vüqar Fərəcullah oğlunun adına inşa edilən xatirə bulaqlarının açılışı oldu.
Şəhidin doğum gününə təsadüf edən açılış mərasimlərində rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin doğmaları, məktəblilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Açılış mərasimlərində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına dualar oxundu və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim edildi.
Qeyd edək ki, Çələbili Vüqar Fərəcullah oğlu 30 aprel 1993-cü il tarixdə Nehrəxəlil kəndində anadan olub, 14 dekabr 2020-ci il tarixdə Nehrəxəlil kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”  medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!

Keçidlər