Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərə təlim keçirildi.

23 aprel 2021 | 11:00

Beynəlxalq Yer Kürəsi Günü münasibətilə Dəhnəxəlil kənd tam orta məktəbində  şagirdlərə meşələrin əhəmiyyəti barədə maarifləndirmə təlimi keçirilib.
Tədbir İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının meşələrin sosial-iqtisadi və ekoloji faydaları barədə məlumatlandırma kampaniyasının həyata keçirilməsi üzrə birgə layihəsi çərçivəsində təşkil olunub.
Proqram seminar, ağacəkmə aksiyası və Bozdağ silsiləsini əhatə edən seyrək arid meşəliyi, eyni zamanda Qırmızı kitaba salınmış müxtəlif bitki və heyvan növləri ilə tanınan Türyançay Dövlət Təbiət Qoruğuna səyahətdən ibarət idi.

Keçidlər