Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yekun qiymətləndirmə imtahanı başa çatdı.

22 aprel 2021 | 11:00

22 aprel 2021-ci il tarixdə rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən S.Vurğun adına 1 saylı, Nizami adına 2 saylı, M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziya və Ağdaş Dövlət Humanitar Kollecinin tədris korpuslarında yekun qiymətləndirmə imtahanı keçirilmişdir.
Karantin rejimi dövründə tətbiq olunan metodiki göstərişlər və imtahanın keçirilməsi ilə bağlı DİM tərəfindən müəyyən edilmiş təlimata əsasən nəzarətçilər və iştirakçıların sağlamlığının qorunması məqsədilə tədris binalarının sanitar qovşaqlarında axar suyun fasiləsizliyi təmin edilmiş, binalarda dezinfeksiya tədbirləri həyata keçirilmiş, tədris binaları polis tərəfindən əvvəlcədən mühafizəyə götürülmüş, binaların qarşısına toplaşanlar arasında sosial məsafə təmin olunmuş, tibbi maskalardan istifadə ilə bağlı əvvəlcədən zəruri izahat işləri aparılmış, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tədbirlər görülmüş, imtahan keçirilən gün ərzində nəqliyyatın hərəkəti tənzimlənməklə asayiş tam təmin edilmişdir.
Qeyd edək ki, 2020/2021-ci tədris ilinin yekunlarına əsasən rayonun ümumi təhsil müəssisələrindən 1 gimnaziya və 40 tam orta məktəb daxil olmaqla, 829 nəfər 11-ci sinif şagirdi yekun qiymətləndirmə imtahanında iştirak etmək hüququ qazanmışdır.

Keçidlər