Şriftin ölçüsü :

Saytın rəngi :

Xatirə bulağının açılışı oldu.

16 aprel 2021 | 11:00

15 aprel 2021-ci il tarixdə rayonun Ləki qəsəbəsində Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Məmmədov Ceyhun Aslan oğlunun adına inşa edilən xatirə bulağının açılışı oldu.
Açılış mərasimində rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin doğmaları, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına dualar oxundu.
Qeyd edək ki, Məmmədov Ceyhun Aslan oğlu Birinci Qarabağ müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!

Keçidlər