Şriftin ölçüsü :

Saytın rəngi :

Ləki qəsəbəsində şəhidlərin xatirəsi əbədiləşdirildi.

15 aprel 2021 | 11:00

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
15 aprel 2021-ci il tarixdə rayonun Ləki qəsəbəsindən olan, Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan döyüşçülər - Məmmədov Şahin Niyazi oğlu, Mustafayev Mətləb Paşa oğlu, Məmmədov Mənsur Pənah oğlu, Məmmədov Ceyhun Aslan oğlu, Kərimov Ceyhun Kərim oğlu, Musayev Əfqan Tofiq oğlu və Vətən müharibəsi şəhidi Çələbili Vüqar Fərəcullah oğlunun əks olunduğu xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının nümayəndələri və şəhidlərin doğmaları iştirak ediblər.
Şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad olunub.
Allah rəhmət eləsin!

Keçidlər