Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin ildönümü qeyd edilir.

05 aprel 2021 | 11:00

Ayın əvvəlindən başlayaraq Ağdaş rayonunda şanlı aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.
Rayonun bütün təhsil və mədəniyyət müəssisələrində aprel döyüşlərinin ildönümü ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun olaraq tədbirlər keçirilmiş, açıq dərslər təşkil olunmuş, kitab sərgiləri nümayiş etdirilmişdir.
Rayon məktəbliləri, fəal gənclərin bir qrupu 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Qarabağda işğal altında olan torpaqlarda erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması zamanı gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn həmyerlimiz Ömər Məzahir oğlu Cəbrayılovun ailəsinə baş çəkmiş, məzarını ziyarət etmiş, məzarı önündə hərbi-vətənpərvərlik mövzusunda kompozisiya nümayiş etdirmişlər.
Allah bütün şəhidlərə rəhmət eləsin!

Keçidlər