Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən bulağın açılışı olub.

22 mart 2021 | 11:00

Ağdaş rayonunun Şıxlı kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Osmanov Əyyub Azər oğlunun xatirəsinə həsr olunan bulaq inşa edilib. Bulağın ətrafındakı ərazidə abadlıq-yaşıllaşdırma işləri həyata keçirilib.
22 mart 2021-ci il tarixdə xatirə bulağının açılış mərasimi təşkil edilib.
Açılış mərasimində rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin yaxınları, döyüş yoldaşları, məktəblilər, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi, polkovnik Qulu Əsədov açıb.
Çıxışlarda şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan söz açılıb, ruhuna dualar oxunub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və müzəffər ordumuzun qısa müddətdə əldə etdiyi möhtəşəm zəfərdən bəhs olunub.
Sonda xatirə lövhəsinin üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub.
Allah rəhmət eləsin!

Keçidlər