Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhid ailələrinə Novruz sovqatları paylanılıb.

18 mart 2021 | 11:00

17-18 mart 2021-ci il tarixlərində rayonun müxtəlif inzibati ərazi nümayəndəliklərinin əhatəsindəki yaşayış məntəqələrində Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman həmyerlilərimizin xatirəsinin anılması məqsədilə onların ailələri ziyarət olunmuş, rayon İcra hakimiyyəti tərəfindən şəhidlərin ailə üzvlərinə bayram sovqatları verilmişdir.
Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələri ilə görüşdə dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial-iqtisadi və humanitar xarakterli siyasətin  əhalinin sosial müdafiəsinə, xüsusilə də şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəldiyini qeyd etmişlər.
Şəhid ailələri Novruz bayramı ərəfəsində onlara göstərilən isti münasibət, diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər