Şriftin ölçüsü :

Saytın rəngi :

Yaralı hərbiçi ziyarət olundu.

12 mart 2021 | 11:00

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları işğaldan azad edilən torpaqlar uğrunda gedən döyüşlərdə iştirak edən rayonun Bulaqotağı kəndində yaşayan yaralı hərbiçi Hacıyev Ayxan Azər oğlunu ziyarət ediblər.
Ayxan Hacıyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etdiyi döyüşlərdən fəxrlə söhbət açıb.
Görüş zamanı belə vətənpərvər övlad yetişdirdiklərinə görə yaralı döyüşçünün valideynlərinə minnətdarlıq hissləri ifadə edilib, ailəsinə sovqatlar çatdırılıb.
Bildiririk ki, erməni təxribatçılarına qarşı döyüş bölgələrində göstərdiyi şücaətə görə Ayxan Hacıyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin  azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə”  “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Keçidlər