Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmsabad və Şordəhnə kəndlərində qaz xətləri yenilənir.

05 mart 2021 | 11:00

“Azəriqaz” İstehsalat Birliyinin təmir-tikinti şöbəsi tərəfindən rayonun Şəmsabad və Şordəhnə kəndlərində ümumi uzunluğu 18 min metr olan qaz xətlərinin çəkilməsinə başlanılmışdır. Təmir işləri başlanandan hal-hazıradək Şəmsabad kəndində 6 min metrə yaxın qaz xətti yenilənmişdir.
Eyni zamanda müvafiq qurum tərəfindən rayonun Şordəhnə kəndində 600 metr qaz xətti yenisi ilə əvəz olunmuşdur. Hazırda təmir-bərpa işləri davam etdirilir.
Cari il ərzində rayonun Qarasuqumlaq və Xosrov kəndlərində mövcud qaz xətlərinin yenidən çəkilməsi nəzərdə tutulmuşdur.
Əlavə olaraq bildiririk ki, cari ilin sonunadək  “Azəriqaz” İstehsalat Birliyinin Ağdaş xidmət sahəsinin hazırladığı tədbirlər planına əsasən  daxili imkanlar hesabına Ağdaş şəhəri, Cardam, Kotanarx, Nehrəxəlil kəndlərində bütövlükdə uzunluğu 11580 metr mövcud qaz xətlərinin yenidən çəkilməsi gözlənilir.

Keçidlər