Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşlı məktəblilər “Sabahın alimləri” X Respublika müsabiqəsində uğur qazandı.

03 mart 2021 | 11:00

2 mart 2021-ci il tarixdə Təhsil Naziri Emin Əmrullayevin iştirakı ilə “Sabahın alimləri”  X respublika müsabiqəsinin onlayn qaydada bağlanış mərasimi keçirilib.
Respublikanın 14 şəhər və rayonunun ümumtəhsil məktəbində təhsil alan 208 şagird 123 elmi  layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb.
Müsabiqədə rayonumuzdan elmi işləri qrup halında təqdim edən 4 məktəbli iştirak edib.
Tibb və sağlamlıq istiqamətləri üzrə müsabiqəyə qatılan Nizami adına 2 nömrəli şəhər tam orta məktəbin 11-ci  sinif şagirdi Abbasova Mədinə Elşən qızı,  Qəribli kənd tam orta məktəbin 11-ci sinif şagirdi  Məmmədov Ömər Müstəqim oğlu,  eyni zamanda M.Şeyxzadə adına Texniki, Təbiət və Humanitar fənlər təmayüllü gimzaniyanın 10-cu sinif şagirdi Musayev Murad Firqət oğlu, S.Vurğun adına 1 nömrəli şəhər tam orta məktəbin 9-cu sinif şagirdi Sadıqova Fidan Rəşad qızı qaliblər sırasında yer almışlar.
Qazanılan yüksək şagird nailiyyətlərinə görə qalib məktəbliləri və onların müəllimlərini təbrik edirik.

Keçidlər