Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili kəndində subartezian quyusu inşa edilir.

02 mart 2021 | 11:00

Əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Ağdaş rayonunun müxtəlif ərazilərində subartezian quyularının inşa edilməsi istiqamətində tədbirlər davam etdirilir.
2020-ci ilin dekabr ayında rayonun 1230 nəfərdən artıq əhalinin yaşadığı Şəkili kəndində dövlət vəsaiti hesabına 340 metr dərinliyində subartezian quyusunun qazılmasına başlanılmışdır.
Hazırda subartezian quyusunun inşasında son tamamlama işləri  yekunlaşmaq üzrədir.

Keçidlər