Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin xatirəsinə həsr edilən bulağın açılış mərasimi keçirilib.

01 mart 2021 | 11:00

44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur.
1 mart 2021-ci il tarixdə Qaradağlı kəndində şəhid Cəlil Əliyevin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı mərasimi keçirildi.
Bulaq Qaradağlı kəndindən olan iş adamları, ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektinin dəstəyi və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə inşa olunub.
Xatirə-bulaq kompleskində şəhid Cəlil Əliyevin barelyefi, “Qarabağ Azərbaycandır!” adlı lövhə  və vətənpərvərlik mövzusunda şeir əks olunub. Bulağa su çəkilib, ətrafı abadlaşdırılıb.
Mərasimdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, gənclər təşkilatları, ictimaiyyətin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, kənd sakinləri və məktəblilər iştirak etmiş, şəhidin döyüş yolu barəsində öz xatirələrini söyləmişlər.
Sonda xatirə lövhəsinin üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub.

Keçidlər