Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı - 29-cu ildönümü

23 fevral 2021 | 11:00

1992-ci il fevralın 25-dən 26-na keçən gecə havadarlarının köməkliyi ilə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı şəhəri işğal edilmiş, etnik azərbaycanlılara qarşı soyqırım aktı həyata keçirilmişdir.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.
26 fevral 2021-ci il tarixdə rayonun bütün təhsil müəssisələrində Xocalı faciəsinə həsr olunmuş onlayn dərslərin keçirilməsi təşkil ediləcəkdir.
Soyqırım qurbanlarının xatirəsinin anılması məqsədilə rayonun Dövlət Bayrağı Meydanı daxil olmaqla, bütün idarə, müəssisə və təşkilatlarında Azərbaycan Respublikasının Dövlət Bayraqları müvafiq qaydalara uyğun endiriləcəkdir.
26 fevral 2021-ci il tarixdə saat 17:00-da soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcəkdir.


 

Keçidlər