Şriftin ölçüsü :

Saytın rəngi :

Tofiqi kəndində xatirə lövhəsi açıldı.

19 fevral 2021 | 11:00

44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
19 fevral 2021-ci il tarixdə rayonun Tofiqi kəndində Vətən müharibəsi şəhidi  Maxsudov Bəxtiyar Mansur oğlunun xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Xatirə lövhəsinin açılışında rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, gənclər təşkilatları, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və məktəblilər iştirak ediblər.
Sonda xatirə lövhəsinin üzərində Azərbaycan bayrağı ucaldılıb, məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub.

Keçidlər