Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda şəhidlərin xatirəsi əbədiləşdirilir.

09 fevral 2021 | 11:00

Tariximizdə əbədi qalacaq erməni təxribatçılarına qarşı 44 günlük müharibə dövründə əldə olunan möhtəşəm Qələbə xalqımız tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Bu Qələbənin əsasını möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xalqın və dövlətin maraqlarına xidmət edən siyasəti təmin etmişdir.
Bu möhtəşəm Qələbədə böyük payı olan ağdaşlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və yaralı əsgər, zabitlərimizin problemlərinin aradan qaldırılması istiqamətində rayonda ardıcıl tədbirlər həyata keçirilir.
Rayonun müxtəlif inzibati yaşayış məntəqələrinin görməli yerləri və küçələrin girişində şəhidlərin döyüş yolunu əks etdirən kompozisiya fonunda müasir dizayna uyğun portretləri quraşdırılmışdır.
Hazırda rayon mərkəzində Azadlıq meydanı adlanan ərazidə şəhidlərin xatirəsinə həsr olunan,  gecə saatlarında işıqlanma sistemi ilə təchiz edilən xatirə guşəsi yaradılır.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Keçidlər