Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Azərbaycan Gəncləri Günü qeyd olundu.

02 fevral 2021 | 11:00

2 fevral 2021-ci il tarixdə “Azərbaycan Gəncləri Günü” münasibətilə rayonun fəal gənclərinin və Vətən müharibəsi qazilərinin bir qrupunun iştirakı ilə ümumrayon tədbiri keçirildi.
Tədbirdən öncə  ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu, abidənin önünə tər çiçəklər düzüldü. Daha sonra tədbir iştirakçıları tərəfindən rayon mərkəzində yerləşən “Şəhidlər Kompleksi”ndə uyuyan qəhrəman oğulların qəbirləri ziyarət edildi və ruhlarına dualar oxundu.
Tədbir iştirakçıları Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri üzrə fikir mübadiləsi apardı və gənclərə göstərilən dövlət qayğısından söz açdılar.
Sonda gənclər Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etdilər.

Keçidlər