Şriftin ölçüsü :

Saytın rəngi :

Qazi ziyarət olundu.

01 fevral 2021 | 11:00

Ağdaş Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları işğaldan azad edilən torpaqlar uğrunda gedən döyüşlərdə yaralanan ağdaşlı qazinin evində olublar.

Məsul əməkdaşlar rayon İcra Hakimiyyəti başçısının Şəmsabad kənd inzibati ərazi dairəsinə daxil olan Qarağan Saatlı kəndində yaşayan qazi İsayev Ayxan İlqar oğlunun səhhəti və problemləri ilə maraqlanıb, ailəsinə sovqatlar çatdırıb, valideynlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq hisslərini ifadə ediblər.
Qazi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakından fəxrlə söhbət açıb.

Keçidlər