Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda koronavirus (COVİD 19) infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıldı.

21 yanvar 2021 | 11:00

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixdən ölkəmizdə vaksinləşmə tədbirlərinə start verilib.
21 yanvar 2021-ci il tarixdən isə rayonda əhalinin ilkin mərhələdə peyvəndlənməsi prosesinə başlanıldı.
Peyvəndləmə prosesi ilə əlaqədar Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs tərəfindən zəruri  hazırlıq işləri görülmüş, ayrılmış xüsusi otaqlar lazımi avadanlıqlarla təchiz edilmiş, tibb işçiləri təlimatlandırılmış, hazırda əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

Keçidlər