Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd edildi.

20 yanvar 2021 | 11:00

Faciənin 31-ci ildönümü ilə bağlı rayonda video formatda silsilə tədbirlər keçirilmişdir.
“20 Yanvar: Müstəqillik tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda rayonun idarə, müəssisə, və təşkilatlarında keçirilən onlayn  tədbirlərdə faciə qurbanlarının xatirəsi anılmış, təhsil müəssisələrinin şagirdləri arasında onlayn inşa müsabiqəsi keçirilmiş, virtual qiymətləndirmə yolu ilə qaliblər mükafatlandırılmışdır.
Rayonun bütün təhsil müəssisələrində onlayn qaydada 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
20 Yanvar şəhidi Müşviq İsayevin ailəsinə anım mərasiminin təşkili üçün ərzaq yardımı göstərilmişdir.
20 Yanvar 2021-ci il tarixdə Hüzn günü ilə əlaqədar matəm əlaməti olaraq rayonun idarə, müəssisə və təşkilatlarının üzərindəki dövlət bayraqları endirilmiş, gün ərzində həzin musiqi səsləndirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  “Şəhidlər” kompleksində məsafə gözlənilməklə anım tədbiri keçirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda həlak olmuş bütün şəhidlərin ruhlarına dualar oxunmuş, şəhid məzarlarının üzərinə gül, çiçək dəstələri düzülmüşdür.
Saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər