Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon Tofiqi kəndində şəhid Əliyev Elşad Mehman oğlunun xatirəsinə tikilən “Abidə-Bulağı”nın açılışı olmuşdur.

13 yanvar 2021 | 11:00

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin, Səfərbərlik üzrə hərbi xidmətin, rayon Gənclər və idman idarəsinin əməkdaşları, ordudan tərxis olunmuş bir qrup hərbçilər, yerli icra, bələdiyyə orqanları və kənd ictimaiyyəti nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər
Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə nitq söyləyən natiqlər qeyd etmişlər ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qısa müddətdə vətən müharibəsini qələbə ilə başa vurmuş, düşmənin 30 illik işğalçılıq siyasətini kökündən məhv etmişdir.
Müharibədə itkilərimiz də oldu, şəhidlər verdik. Onlar daim qəlbimizdə yaşayır, xatirələri əbədiləşdirilir, gənc nəslə örnək olan büstləri, abidə kompleksləri ucaldılır, xatirə bulaqları tikilir.
Bu cür övladlar böyüdüb tərbiyə etdikləri üçün valideynlərə minnətdarlıq ifadə olunub.
Xatirə bulağının simvolu olan pərdə şəhidin barelyefi üzərindən götürülür, əsgərlərimizin iştirakı ilə bayrağımız qaldırılır.
Şəhidin atası ailə üzvləri adından göstərilən qayğıya görə dövlət başçısına təşəkkürünü bildirmişdir.
Sonda xatirə foto-şəkilləri çəkilmişdir.

Keçidlər