Şriftin ölçüsü :

Saytın rəngi :

Qazilərlə görüş keçirildi.

25 dekabr 2020 | 11:00

Ağdaş Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları işğaldan azad edilən torpaqlar uğrunda gedən döyüşlərdə yaralanan ağdaşlı hərbi qulluqçuların evində olublar.
Məsul əməkdaşlar rayonun inzibati ərazi nümayəndəliklərində yaşayan 56 nəfər yaralının səhhəti və problemləri ilə maraqlanıb, ailələrinə sovqatlar çatdırıb, ailə üzvlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıq hisslərini ifadə ediblər.
Görüş zamanı cəbhədə göstərdiyi şücaətə görə hər bir vətəndaşın qazilərimizlə fəxr hissləri keçirdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan dövləti hər zaman onların yanındadır. Rayon İcra Hakimiyyətinin nümayəndələri  göstərdikləri şücatə görə hər bir qaziyə təşəkkür ediblər.
Qazilər Ali Baş Komandanın tapşırığı ilə keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə söhbət açıblar.

Keçidlər