Şriftin ölçüsü :

Saytın rəngi :

Kütləvi informasiya vasitələri sahəsində qanunvericilik bazasının yenilənməsi gözlənilir.

22 sentyabr 2020 | 11:00

Məlum olduğu kimi “Kütləvi informasiya vasitələri haqqında” mövcud qanun 1999-cu ildə qəbul olunub. Hazırkı qanun  müasir dövrün çağırışları və tələblərinə tam cavab vermir.
Sosial şəbəkələrin, internet-medianın inkişaf etdiyi hazırkı dövrdə qanun KİV-lərin səmərəli fəaliyyətini tənzimləmək iqtidarında deyil.
Qanun jurnalistlərin sosial müdafiəsi, onların əmək hüquqlarının qorunması,  media qurumlarının qeydiyyatını əhatə etmir.
Həmçinin, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və digər qanunlar medianın fəaliyyətini və informasiya ilə bağlı məsələləri effektiv tənzimləmirlər.
Ekspertlərin fikrincə hazırda internet medianı və sosial şəbəkələri də əhatə edən yeni qanunların qəbul edilməsi zərurəti yaranıb.  İnanırıq ki, bu sahədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsi çağdaş mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Keçidlər