Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun daha 4 kəndində qazlaşdırılma işlərinə başlanıldı.

31 avqust 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 mart 2020-ci il tarixdə imzaladığı  "Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamının icrasına uyğun olaraq 2020-ci ildə Ağdaş rayonunda 11 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Cari ilin avqust ayının 13-dən etibarən mərhələlərlə rayonun Yuxarı Nemətabad, Qobuüstü, Aşağı Qobuüstü və Hacılar kəndində qaz xətlərinin çəkilişinə başlanılmışdır. 
Layihə əsasında kəndlərdə 504 fərdi yaşayış evinin  qazlaşdırılması  nəzərdə tutulur. Bu isə 2411 nəfər sakinin rahatlığının təminatına səbəb olacaqdır.
Cari ilin sentyabr ayının əvvəlində ərazilərdə qaz sayğaclarının quraşdırılmasına başlanılacaqdır.
Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə dairəsinə aid olan sözügedən kəndlərdə qazlaşdırma işlərinin oktyabr ayının sonlarında yekunlaşması gözlənilir.

Keçidlər