Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə veteranına yubiley medalı və əlil arabası verildi.

27 avqust 2020 | 11:00

27 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Ağdaş şəhər sakini, 1941-1945-ci illər müharibəsinin veteranı İslam Həsənbala oğlu Həsənova  “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” Azərbaycan Respublikasının yubiley medalı və əlil arabası təqdim olundu.
Tədbir iştirakçıları tərəfindən müharibə veteranı İslam Həsənovun şərəfli döyüş yolu və ictimai fəaliyyətinə toxunulmaqla, ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi hərtərəfli diqqət və qayğıdan bəhs edilərək bu tədbirin mühüm əhəmiyyətini qeyd etməklə, veterana möhkəm cansağlığı və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin təşkilində uzun müddət səmərəli fəaliyyətinə görə minnətdarlıq bildirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Veteranlar və Ağsaqqallar şurasının nümayəndələri, həmçinin “Ağdaş” qəzetinin təmsilçisi iştirak edirdi.
Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər