Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanda Milli Mətbuat günüdür.

22 iyul 2020 | 11:00

Ölkəmizdə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi, 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
  “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet media  sürətlə həyatımıza nüfuz etməkdədir.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  rəhbərliyi ilə milli mətbuat orqanlarının yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların  verilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar, həmçinin mətbuatın inkişafında  xidmətləri olan qələm sahiblərinə pulsuz  mənzillərin verilməsi  media mənsublarına  göstərilən qayğının mühüm tərkib hissəsi  kimi qiymətləndirilir.
  1936-cı ilin noyabrında Ağdaşda  ilk dəfə “Ağdaş pambıqçısı” adı ilə nəşrə başlayan, İlk redaktoru Həmid İbrahimov olan “Ağdaş pambıqçısı” qəzeti 1936-38-ci illərdə dərc olunmuşdur. 1938-1962-ci illərdə “Pambıq uğrunda mübarizə”, 1966-2003-cü illərdə “Əmək” adı altında çap olunan qəzet  2003-cü ildən rayon İcra Hakimiyyətinin orqanı  olaraq “Ağdaş” adlandırılmışdır.
  Milli Mətbuat günü münasibətilə ölkəmizin bütün yurnalistlərini təbrik edir, onların hər birinə möhkəm cansağlığı və milli mətbuatımızın sağlam təməllər üzərində inkişafı naminə nəcib fəaliyyətlərində  bol-bol  uğurlar diləyirik.

Keçidlər