Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi Ağdaşda imtahan keçirdi

10 iyul 2020 | 11:00

Dövlət İmtahan Mərkəzi Ağdaşda imtahan keçirdi

Dövlət İmtahan Mərkəzi bu gün   Ağdaşda  əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin qəbul imtahanının birinci mərhələsi, həmçinin V ixtisas qrupu və 11 illik bazada kolleclərə qəbul imtahanı keçirdi.
İmtahanda yalnız ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizələrini təsdiq etmiş   Ağdaşdan olan abituriyentlər iştirak edirdidi.
Eyni  zamanda  bu gün Ağdaşda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçirildi.

Keçidlər