Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

01 iyun 2020 | 11:00

Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsini, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılmasını daim nəzarətdə saxlayır.
Ölkəmizdə uşaqların ən böyük hamisi olan  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür. Uşaqların sağlam və yüksək təhsilli böyümələri, gələcəkdə savadlı vətəndaş kimi formalaşmalarına diqqət yetirmək, onların  qayğı ilə əhatə olunması Heydər Əliyev Fondun fəaliyyət istiqamətlərindən biridir.
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi illər ərzində uşaqlar üçün çoxsaylı səhiyyə obyektləri, təhsil ocaqları, uşaq bağçaları, bədii-yaradıcılıq mərkəzləri, idman və istirahət komplekslərinin tikilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirmişdir.
Rayonumuzda Heydər Əliyev Fondunun dəstəyi ilə ötən ilin sonlarından başlayaraq  qəzalı vəziyyətdə olan məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə hazırlıq işləri həyata keçirilmişdir.
Hazırda 5 nömrəli şəhər körpələr evi- uşaq bağçası üçün 80 yerlik  və 6 nömrəli şəhər körpələr evi-uşaq bağçası üçün 60 yerlik yeni binaların tikintisi sürətlə davam etdirilir.
Qeyd edək ki, rayonun 30 məktəbəqədər təhsil müəssisəsində 1250 uşaq ictimai tərbiyəyə  cəlb edilmişdir.

Keçidlər