Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Xocalı faciəsinin 28-ci ildönümü silsilə tədbirlərlə qeyd edildi.

26 fevral 2020 | 11:00

Ağdaşda Xocalı faciəsinin 28-ci ildönümü silsilə tədbirlərlə qeyd edildi.

Ağdaşda  Xocalı faciəsinin 28-ci ildönümü silsilə tədbirlərlə qeyd edildi.
Xocalı faciəsinin ildönümü ilə bağlı rayonun əmək kollektivləri, ümumtəhsil, peşə, orta ixtisas təhsili müəssisələri və mədəniyyət ocaqlarında anım mərasimləri, teatrlaşdırılmış kompozisiyalar, rəsm sərgiləri təşkil olundu.
Fevralın 26-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olundu.
Tədris müəssisələrində keçirilən tədbirlərdə Xocalı faciəsinin insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 28 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulandı, terroru dəstəkləyənlər qətiyyətlə pislənildi.
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 26 fevral 2020-ci il tarixdə Heydər  Əliyev Mərkəzində  rayon ictimaiyyəti nümayəndələri və  rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri keçirildi.
Tədbirdə gənc rəssamların əl işlərindən ibarət sərgiyə  baxış keçirildi.
Rayon İcra Hakimiyyətinin birinci müavini İsmayıl Yusifzadə və digər natiqlərin  çıxışlarında Xocalı qətliamı ürək ağrısı ilə bir daha xatırlanmış, dünyanın əksər dövlətləri tərəfindən faciəni törədən baiskarlara qarşı münasibətdə ikili standartların tətbiq olunduğu qeyd  edildi, insanlığa sığışmayan bu  soyqırım aktına hələ də beynəlxalq miqyasda düzgün hüquqi qiymət verilmədiyi, müqəssirlərin uzun müddət  cəzasız qaldığına görə etirazlar bildirildi, erməni vəhşiliyi və qəddarlığı pislənildi.
Tədbirin yekununda Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirildi.
26 fevral 2020-ci il tarixdə rayonun bütün ərazisində matəm əlaməti olaraq dövlət bayraqları endirildi, saat 17:00-da rayon mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Keçidlər