Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edildi.

20 yanvar 2020 | 11:00

Faciənin 30-cu ildönümü ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir. Müvafiq tədbirlər planına uyğun olaraq rayonun bütün əmək kollektivləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı  anım mərasimləri keçirilmişdir.
Yerli mühazirəçilərin iştirakı ilə “20 Yanvar: Müstəqillik tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda rayonun idarə, müəssisə, və təşkilatlarında keçirilən tədbirlərdə   faciə qurbanlarının xatirəsi anılmış, təhsil müəssisələrində xüsusi dərslər keçirilmişdir.
Rayon gənclərinin Şəhidlər Kompleksinə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yürüşü keçirilmişdir.
Ağdaş Olimpiya İdman Kompleksində idmanın güləş növü üzrə rayon birinciliyi keçirilmişdir. Qalib idmançılar diplomlarla mükafatlandırılmışdır.
20 Yanvar şəhidi Müşviq İsayevin ailəsinə anım mərasiminin təşkili üçün ərzaq yardımı göstərilmişdir.
20 Yanvar 2020-ci il tarixdə Hüzn günü ilə əlaqədar matəm əlaməti olaraq rayonun idarə, müəssisə və təşkilatlarının üzərindəki dövlət bayraqları endirilmiş, gün ərzində həzin musiqi səsləndirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  “Şəhidlər” kompleksində anım tədbiri keçirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda həlak olmuş bütün şəhidlərin ruhlarına dualar oxunmuş, şəhid məzarlarının üzərinə gül, çiçək dəstələri düzülmüşdür.
Saat 12:00-da rayon mərkəzində şəhidlərin xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər