Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq bu ilin son səyyar qəbulunu Gürcüva kənd sakinləri ilə keçirdi.

26 dekabr 2019 | 11:00

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq bu ilin son səyyar qəbulunu Gürcüva kənd sakinləri ilə keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Gürcüva kənd sakinləri iştirak edirdilər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov  respublikamızda olduğu kimi Ağdaş rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər - kənddə olan elektrik transformatorunun ətrafının bağlanması,  Gürcüva və Pirəyir kəndlərinə şəhər xəttindən içməli suyun çəkilməsi, kənd ərazisində olan şirə kanalının qazılması, kənd yolunun cari təmir olunması və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.

Keçidlər