Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdaşda vətəndaşları qəbul etdi.

17 dekabr 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq 17 dekabr 2019-cu il tarixdə  Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdaş və Yevlax rayonlarından olan vətəndaşları qəbul etdi.
Qəbuldan öncə DQİDK-nın sədri Mübariz Qurbanlı və rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər qoydular.
Qəbulda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxıldı.
Müraciətlər diqqətlə dinlənildi, bir qismi yerindəcə öz həllini tapdı. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün müvafiq tapşırıqlar verildi.

Keçidlər