Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda könüllülük fəaliyyəti başa çatmış gənclərlə görüş keçirildi.

20 noyabr 2019 | 11:00

20 noyabr 2019-cu il tarixdə Ağdaş rayon İcra Hakimiyyətində könüllülük fəaliyyəti başa çatmış gənclərlə görüş keçirildi.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Əli Kərimov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Könüllü fəaliyyətə cəlb edilənlərə bacarıqlarını inkişaf etdirmək və zəruri iş təcrübəsi qazanmaları üçün əlverişli şərait yaradılmış, onların hər biri  rayon İcra Hakimiyyəti aparatının  müxtəlif şöbələrində kargüzarlıq və vətəndaşların qəbulu ilə bağlı işlərə cəlb edilmiş və rayon daxilində keçirilən bütün tədbirlərdə fəal iştirak etmişlər.
Qeyd edək ki, 15 mart 2019-cu il tarixdən başlayaraq indiyədək rayon İcra Hakimiyyətinə müraciət etmiş ali təhsilli 13 nəfər gənc müsahibə keçirildikdən sonra könüllülük fəaliyyətinə cəlb edilmiş və onlara sertifikatlar təqdim edilmişdir.
Görüşdə könüllülük fəaliyyətini başa vuran daha 2 nəfərə sertifikatlar təqdim edildi.
Könüllülük fəaliyyətində iştirak edən gənclər onlara yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Keçidlər