Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Prezident təqaüdçülərinin konserti keçirildi.

15 noyabr 2019 | 11:00

15 noyabr 2019-cu il tarixdə Habil Əliyev adına şəhər uşaq musiqi məktəbində Prezident təqaüdünə layiq görülmüş gənc istedadların konserti keçirildi.
Tədbiri giriş sözü ilə musiqi məktəbinin direktoru Rafiq İsgəndərov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı və belə bir konsert proqramının Ağdaş rayonunda baş tutmasının rayon musiqisevərləri üçün böyük töhfə olduğunu vurğuladı.
Sonra çıxış edən rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi  Səbuhi Musayev dövlət başçısı cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edərək Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq respublikanın bölgələrində belə konsertlərin təşkil edilməsinin mühüm əhəmiyyətini  vurğuladı.
Konsert proqramında Prezident təqaüdçülərindən Nəriman Əmiraslanov, Lalə İbrahimova, Jalə Mayılova, Murad İbrahimov, Emil Əhmədzadə, Mirəli Əlizadə, Nihad Orucov, Məhtam Məhəmmədəlizadə və digərlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən nümunələr səsləndirildi.

Keçidlər